EN

2025-ci ildə cari əməliyyatlar balansında 3,5 milyard dollarlıq profisit yaranıb

2025-ci ildə Azərbaycanın cari əməliyyatlar balansında 3,5 milyard ABŞ dolları həcmində profisit formalaşıb. Bu, ÜDM-in 4,6 faizinə bərabər olub.Metbuat.az Kredit.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib. Onun sözlərinə görə, ötən il neft-qaz sektoru üzrə 13,8 milyard dollar profisit, qeyri-neft-qaz sektoru üzrə isə 10,4 milyard dollar kəsir yaranıb. Bu da xarici balansın əsasən enerji sektoru hesabına formalaşdığını göstərir. 2025-ci ildə Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabında mənfi saldo təxminən 5 milyard dollar təşkil edib. Eyni dövrdə xalis xarici maliyyə aktivləri 5,4 milyard dollar, xalis xarici maliyyə öhdəlikləri isə 0,4 milyard dollar artıb. Hesabat dövründə ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi 1,4 milyard dollar azalsa da, strateji valyuta aktivləri 14,1 milyard dollar artaraq 85,1 milyard dollara çatıb.

Enerji ixracı üzrə qiymət göstəricilərində də dəyişiklik qeydə alınıb. 2025-ci ildə Azərbaycan neftinin orta ixrac qiyməti 68,5 dollar təşkil edib. 2024-cü ildə bu göstərici 84 dollar olub. Azərbaycan qazının ixrac olunmuş hər min kubmetrinin qiyməti isə 289 dollar təşkil edib ki, bu da illik müqayisədə 5,5 faiz artım deməkdir.

Chosen
59
1
metbuat.az

2Sources