"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinə yeni müavin təyin olunub.
"Unikal" "Qaynarinfo"ya istinadən xəbər verir ki, müvafiq əmrlə Emil Əhmədov sözügedən vəzifəyə gətirilib.
Emil Əhmədova yüksək vəzifə verildi - FOTO
Qeyd edək ki, Emil Əhmədov bunadək "Bakı Metropoliteni" QSC sədrinin müşaviri idi. O, daha əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Yük daşımaları departamentinin rəhbəri olub.
Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanovdur.