Krımda kişi ov tüfəngi ilə dörd polis əməkdaşını yaralayıb.
Aznews.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, martın 16-da polis əməkdaşları istintaq çərçivəsində Stefanovka kəndində 49 yaşlı sakinin yaşadığı ünvana gediblər.
Həmin şəxs polis əməkdaşlarını evə buraxmaqdan imtina edib və ov tüfəngi ilə onlara bir neçə dəfə atəş açıb.