EN

Aİ Rusiyanın 9 hərbçisinə və 4 təbliğatçısına sanksiya tətbiq etdi “Buça qətliamına görə məsuliyyət daşıyırlar”

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa İttifaqının Şurası martın 16-da Rusiyanın 9 hərbçisi, eləcə də Kremlin Ukraynaya qarşı müharibəsini dəstəkləyən 4 jurnalist və blogerə qarşı fərdi sanksiyalar tətbiq edib.

“AzPolitika” bildirir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Qurumun açıqlamasında bildirilir ki, sanksiya siyahısına daxil edilən yüksək rütbəli rus hərbçiləri 2022-ci ilin fevral–mart aylarında Ukraynanın Kiyev vilayətində yerləşən Buça şəhərində törədilən qətliama görə məsuliyyət daşıyırlar. Həmin dövrdə şəhər təxminən bir ay ərzində Rusiya ordusunun nəzarətində olub və işğal müddətində yüzlərlə mülki şəxs həlak olub.

Sanksiya siyahısına daxil edilən hərbçilər arasında general-polkovnik Aleksandr Çayko, polkovnik Andrey Kondrov, polkovnik Artyom Qorodilov, general-mayor Vladimir Seliverstov və daha bir neçə yüksək rütbəli zabit var. Aİ sənədlərinə görə, bu şəxslər Buçada baş verən hadisələrə görə məsuliyyət daşıyırlar.

Bundan başqa, Aİ Rusiyanın informasiya müharibəsində iştirak etdiyini iddia etdiyi dörd media nümayəndəsinə də sanksiya tətbiq edib. Onların Avropa İttifaqının işlərinə müdaxilə etdiyi, dezinformasiya yaydığı və Kremlin təbliğatını apardığı bildirilir.

Sanksiya tətbiq olunan şəxslər bunlardır:

“Rossiya-1” telekanalının aparıcısı Ernest Matskyaviçus, bloger və radio aparıcısı Sergey Klyuçenkov (Sergey Mardan kimi tanınır), Britaniya vətəndaşı, Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən bloger Qraham Filips, Fransa əsilli keçmiş hərbçi, sonradan Rusiya vətəndaşlığı alan Adrien Bocquet.

Qeyd edək ki, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Buça şəhərində baş verən hadisələr beynəlxalq səviyyədə ciddi rezonans doğurmuş və Qərb ölkələri bunu müharibə cinayətləri kimi qiymətləndirmişdi. Moskva isə bu ittihamları rədd edir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
49
azpolitika.info

1Sources