EN

Xanım sürücü avtomobilindəki kağız parçalarını yola səpələdi 99 GO 866 VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində yol hərəkəti qaydalarını pozan xanım sürücü kameraya düşüb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına videomaterial göndərərək məlumat verib. Hadisə martın 16-da saat 08:07 radələrində qeydə alınıb.

Görüntülərdən aydın olur ki, 99-GO-866 dövlət nömrə nişanlı “KIA Rio” markalı avtomobilin xanım sürücüsü nəqliyyat vasitəsindən kağız tullantılarını yolun hərəkət hissəsinə atıb. İzləyicinin iddiasına görə, sürücü bu hərəkəti bir neçə dəfə təkrarlayıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsinə əsasən, yollara və yol qurğularına tullantı atılmasına görə fiziki şəxslər 200 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə olunur.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
86
avtosfer.az

1Sources