EN

Deputat: Rusiya-Ukrayna müharibəsi illərdir davam edir

Yazını böyüt
Yazını kiçilt

"Dünyada informasiya müharibəsinin təsir gücü artıq hərbi münaqişələri geridə qoyur".

Hafta.az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında çıxış edən deputat Siyavuş Novruzov bildirib ki, müasir dövrdə dezinformasiya vasitəsilə cəmiyyətlərdə panika yaradılır, bu isə ayrı-ayrı ölkələrdə xaos və anarxiyanın yaranmasına səbəb olur. Onun sözlərinə görə, hazırda dünyada və regionda baş verən hadisələr informasiya müharibələrinin uzunmüddətli xarakter daşıdığını göstərir.

Deputat xatırladıb ki, Rusiya-Ukrayna münaqişəsinin qısa müddətdə başa çatacağı proqnozlaşdırılsa da, müharibə artıq illərdir davam edir. Eyni zamanda, Yaxın Şərqdəki gərginliyin də yaxın perspektivdə həll olunacağı gözlənilmir.

Siyavuş Novruzov vurğulayıb ki, belə şəraitdə informasiya təhlükəsizliyinin təmin olunması xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, hərbi təlimlər və ya dron uçuşları kimi adi hadisələrin süni şəkildə şişirdilərək cəmiyyətdə panika yaratmaq cəhdlərinin qarşısını almaq üçün əhali arasında maarifləndirmə işləri gücləndirilməlidir.

Deputat əlavə edib ki, bu istiqamətdə parlament üzvlərinin də üzərinə mühüm vəzifələr düşür və onlar həm media vasitəsilə, həm də seçicilərlə görüşlər zamanı ictimaiyyəti düzgün məlumatlandırmalıdırlar.

Chosen
32
hafta.az

1Sources