EN

"Müharibə tezliklə başa çatmalıdır"

ABŞ-İsrail və İran arasındakı müharibəyə mümkün qədər tez, aydın bir plan və strategiya ilə son qoyulmalıdır.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz Hollandiyanın Baş naziri Rob Jetten ilə görüşdən sonra Berlində birgə mətbuat konfransı zamanı danışıb.

"Region qeyri-müəyyən məqsədləri olan sonsuz bir müharibəyə sürüklənməməlidir",-Almaniya kansleri deyib.

Merz münaqişənin yayılmasının Yaxın Şərq və Körfəz bölgəsindəki bütün tərəfdaşlar üçün ciddi risklər yaradacağını bildirib və əlavə edib ki, eyni şey İranın dövlət quruluşunun, ərazi bütövlüyünün və iqtisadiyyatının dağılması üçün də keçərlidir.

“Bu müharibəyə mümkün qədər tez, aydın bir plan və strategiya ilə son qoyulmalıdır. Biz müharibədə iştirak etmirik və bunu ilk gündən demişik. Qərar Almaniya hökuməti üçün dəyişməyəcək. Bu, həm də o deməkdir ki, müharibə davam etdikcə, hərbi yolla Hörmüz boğazında sərbəst naviqasiyanın təmin edilməsinə töhfə verməyəcəyik”,-Merz əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
35
missiya.az

1Sources