Qazaxıstanda yeni Konstitusiya qəbul edilib.
BAKU.WS Qazaxıstan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən xəbər verir ki, ölkənin yeni Konstitusiyası rəsmi olaraq qəbul olunub. Səsvermədə iştirak edən vətəndaşların 87,15%-i Konstitusiyanın lehinə səs verib. Ümumilikdə təxminən 8 milyon insan səsvermədə iştirak edib. Ölkə əhalisi isə 20 milyon nəfərdən ibarətdir.
Qazaxıstan MSK-nın açıqlamasına görə, yekun nəticələr əvvəlcədən açıqlanan ilkin nəticələrlə tam üst-üstə düşür.
Xatırladaq ki, yeni Konstitusiyanın qəbul olunmasının zərurətindən Qazaxıstan prezidenti Qasım-Comart Tokayev 30 yanvar tarixində bəhs etmişdi. Prezidentin sözlərinə görə, edilən dəyişikliklər dövlət idarəçiliyi sistemində tam yenidənqurma rolunu oynayır. Ekspertlər bildirirlər ki, dəyişikliklər Konstitusiyanın 84%-ni əhatə edib.