EN

Yeniyetməlikdə edilən bu davranış vaxtından tez qocaldır

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ alimlərinin apardığı yeni araşdırma yeniyetməlik dövründəki aqressiv davranışın gələcəkdə ciddi fiziki sağlamlıq problemlərinə yol aça biləcəyini göstərib. "Health Psychology" jurnalında dərc olunan işə görə, bu cür davranışlar bioloji qocalma prosesini sürətləndirir və 30 yaşa qədər bədən kütləsi indeksinin artmasına səbəb olur.Demokrat.az-ın məlumatına görə tədqiqatçılar 121 nəfəri 13 yaşından 30 yaşına qədər müşahidə ediblər. 30 yaşda iştirakçıların bioloji yaşı qan göstəriciləri, arterial təzyiq, xolesterin və immunitet sistemi kimi 12 biomarker əsasında qiymətləndirilib. Nəticələr göstərib ki, yeniyetməlikdə aqressiv olan şəxslərdə bioloji yaş xronoloji yaşdan daha tez irəliləyir. Bu isə ürək-damar xəstəlikləri, diabet və hətta erkən ölüm riskini artırır.Araşdırmanın maraqlı tərəfi odur ki, təkcə aqressiyanın özü deyil, onun nəticəsində yaranan davamlı münasibət problemləri qocalmanı sürətləndirir. Aqressiv yeniyetmələr böyüdükcə valideynləri ilə daha çox mübahisə edir və həmyaşıdları ilə konfliktli münasibətlər qururlar. Məhz bu sosial gərginlik və davamlı münaqişələr orqanizmdəki stress yükünü artıraraq hüceyrələrin daha tez "yorulmasına" səbəb olur.Alimlər vurğulayırlar ki, bu proses xüsusilə kişilərdə və aşağı gəlirli ailələrdən olan yeniyetmələrdə daha qabarıq müşahidə olunur. Təbii ki, araşdırma konkret səbəb-nəticə əlaqəsini hələ tam sübut etmir, lakin göstərir ki, erkən yaşda davranış problemləri ilə mübarizə aparmaq təkcə sosial yox, həm də fiziki sağlamlığı qorumaq üçün vacibdir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
demokrat.az

1Sources