EN

Keçmiş konqresmen Trampı nüvə silahlarından istifadə etməyə çağırıb

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç ABŞ prezidenti Donald Tramp-a Hörmüz boğazı məsələsini həll etmək üçün nüvə silahlarından istifadə etməyi təklif edib.

KONKRET.az xəbər verir ki, Qinqriç sosial mediada yazıb ki, “bir neçə termonüvə partlayışı ilə Panama kanalından daha geniş, Süveyş kanalından isə daha dərin yeni su yolu yaratmaq olar”. Onun sözlərinə görə, belə bir kanal “dost ərazi” vasitəsilə Hörmüz boğazından asılılığı aradan qaldıra bilər.

Bundan əvvəl isə yeddi ölkənin ABŞ-ın Hörmüz boğazı ilə bağlı yardım çağırışını rədd etdiyi bildirilmişdi. Müttəfiqlər hərbi əməliyyatların onların razılığı olmadan başlamasına etiraz edirlər./infoazmedia

Chosen
27
1
konkret.az

2Sources