EN

Millidən kənarda qalan Neymar: Bunu görməzdən gələ bilmərəm

ain.az, sport24.az portalına istinadən məlumat verir.

Neymar Karlo Ançelottinin onu milli komandanın qarşıdan gələn yoldaşlıq oyunlarına çağırmaması qərarına münasibət bildirib. Sport24.az xəbər verir ki, ulduz futbolçu  bu barədə "Footmercato"ya açıqlama verib:

"Mən burada öz fikrimi bildirirəm, çünki bunu görməzdən gələ bilmərəm. Əlbəttə ki, milliyə çağırılmamağım məni məyus edir və kədərləndirir. Amma mən çox çalışmağa davam edirəm - günbəgün, məşqdən-məşqə, oyundan-oyuna. Diqqətimi cəmləmişəm. Məqsədimizə çatacağıq. Yekun heyət hələ qabaqdadır".

Qeyd edək ki, Braziliya yığması martın 26-da Fransa, aprelin 1-i isə Xorvatiya ilə yoldaşlıq oyunu keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
77
sport24.az

1Sources