EN

KİV: Dünyanın ən böyük neft yataqlarından biri üç dəfə PUA hücumuna məruz qalıb

İraqın Bəsrə əyalətində yerləşən və dünyanın ən böyük neft yataqlarından biri sayılan Məcnun yatağı son bir neçə saat ərzində üç dəfə pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

İraqın təhlükəsizlik xidmətlərindəki mənbənin sözlərinə görə, son saatlarda göndərilən üçüncü pilotsuz aparat Məcnun yatağının ərazisində qəzaya uğrayıb.

Hadisə nəticəsində mümkün ziyan və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.(oxu.az)

Chosen
95
olke.az

1Sources