EN

Stresi saniyələr içində yox edən məşqlər: İstənilən yerdə tətbiq edə bilərsiniz

ain.az, Oxu.az saytına istinadən bildirir.

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb.

Oxu.Az xəbər verir ki, mütəxəssis bu barədə "Lenta.ru"ya müsahibəsində danışıb. A.Baxturina bildirib ki, "SOS-məşqlər" adlanan bu hərəkətlər mətbəxdə, ofisdə və ya tıxacda - bir sözlə, istənilən yerdə yerinə yetirilə bilən sürətli və sadə üsullardır. Onların məqsədi ritmik hərəkətlər və düzgün nəfəsalma texnikası vasitəsilə sinir sistemini sakitləşdirmək, əzələ gərginliyini azaltmaq, ürək döyüntüsünü tənzimləmək və zehni rahatlatmaqdır.

Məşqçi xüsusilə üç nahiyəyə - çiyin qurşağına, nəfəsalmaya və gövdə əzələlərinə diqqət yetirməyi tövsiyə edir. Onun sözlərinə görə, stres orqanizmdə özünü daha çox çiyinlərin gərginləşməsi, çənənin sıxılması və ya qamətin əyilməsi şəklində büruzə verir.

Gərginliyi azaltmaq üçün tətbiq edilə biləcək sadə texnikalara aşağıdakılar daxildir:

1. Düzgün duruş: Başı yuxarı qaldırarkən ayaqları yerə möhkəm basmaq və dərin nəfəs almaq;

2. Çiyin hərəkətləri: Çiyinləri geriyə doğru çəkərək gərginliyi atmaq;

3. Yüngül aktivlik: Bədəni yüngülcə yelləmək və ya yerində çömbəlib-qalxma hərəkətləri etmək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
108
oxu.az

1Sources