ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın müharibə ilə bağlı mövqeyindən çox təəccübləndiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Tramp iki həftə əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə söhbəti zamanı Londondan bölgəyə hərbi gəmilər göndərməyi xahiş etməsindən danışıb.
“İki həftə əvvəl dedim ki, niyə bir neçə gəmi göndərmirsiniz? Amma o bunu etmək istəmirdi”, – deyə Ağ Ev rəhbəri bildirib.
Onun sözlərinə görə, ABŞ Böyük Britaniyadan iki aviadaşıyıcı gəmi göndərməyi də xahiş edib, lakin London buna həvəs göstərməyib.
Tramp əlavə edib ki, Starmerə ABŞ və Böyük Britaniyanın ən qədim müttəfiqlərdən biri olduğunu xatırladıb və Vaşinqtonun Ukrayna məsələsində Londona göstərdiyi dəstəyi vurğulayıb.