EN

Uğursuz statistika Cim Bom u qorxudur

ain.az bildirir, Fanat portalına istinadən.

Avropa arenasında maraqla gözlənilən "Liverpul" - "Qalatasaray" qarşılaşmasını idarə edəcək hakim heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, UEFA-nın qərarı ilə bu mühüm görüş polşalı referi Şimon Marsinyaka tapşırılıb.

Təcrübəli hakimin keçmiş statistikasına nəzər saldıqda, onun idarə etdiyi oyunların Türk klubları və Türkiyə milli komandası üçün heç də asan keçmədiyi görünür. Marsinyakın idarə etdiyi 10 qarşılaşmada Türkiyə təmsilçiləri cəmi 3 qələbə qazandığı halda, 6 dəfə meydanı məğlub tərk edib, 1 matçda isə heç-heçə qeydə alınıb. Maraqlıdır ki, polşalı hakim 2015-ci ildə "Liverpul"un "Beşiktaş"ı 1:0 hesabı ilə məğlub etdiyi oyunda da baş hakim olub. "Qalatasaray" isə onun idarəçiliyi altında çıxdığı 3 oyundan yalnız birində ("Molde" üzərində 2:1 hesablı qələbə) sevinə bilib.

Aşağıda Şimon Marsinyakın idarə etdiyi bəzi mühüm qarşılaşmaların nəticələri təqdim olunur:

• 30.01.2025: "Tvente" 1-0 "Beşiktaş"

• 29.08.2023: "Qalatasaray" 2-1 "Molde"

• 15.11.2020: Türkiyə 3-2 Rusiya

• 01.10.2019: "Qalatasaray" 0-1 "PSJ"

• 15.09.2015: "Qalatasaray" 0-2 "Atletiko Madrid"

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
1
fanat.az

2Sources