EN

Liviya sahilləri yaxınlığında iri qaz yataqları kəşf edilib

Qahirə, 16 mart, AZƏRTAC

İtaliyanın “Eni” şirkəti Liviya sahillərində iki yeni qaz yatağı aşkar etdiyini açıqlayıb.

AZƏRTAC yerli mediaya istinadla bildirir ki, yataqlardakı ümumi ehtiyatın bir trilyon kub futdan çox olduğu qeyd edilir.

Yataqlar Liviya sahillərindən 85 km uzaqlıqda yerləşir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
90
5
azertag.az

7Sources