EN

Dini vəzifələr üzrə müsahibəyə 230 namizəd müraciət edib

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması məqsədilə imam, imam müavini, dini ayinlərin icraçısı və qadın dini ayinlərin icraçısı vəzifələri üzrə elan edilmiş müsahibəyə 230 namizəd müraciət edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, müraciətlər ümumilikdə 61 vakant yer üzrə olub.

Müraciət edənlərdən 166-sı kişi, 64-ü qadındır. Onlardan 127-si ali təhsilli, 103-ü orta təhsilli, 17-si isə İlahiyyat İnstitutunun məzunlarıdır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
65
3
cebheinfo.az

4Sources