EN

ABŞ quru əməliyyatına BAŞLAYIR

“ABŞ-nin Yaponiyadan Yaxın Şərqə 2500 nəfərlik elit dəniz piyada dəstəsinin yerləşdirilməsi Yaxın Şərq münaqişəsinin yeni mərhələsinə səbəb ola bilər”.

“Cebheinfo.az” xəbər verir ki, bunu "The Daily Telegraph" qəzeti yazıb. 

Qəzetin məlumatına görə, elit dəstənin yaxın 10-15 gün ərzində “USS Tripoli” amfibiya hücum gəmisinə gəlişi gözlənilir və bu, müharibənin yeni mərhələsinin - ABŞ quru əməliyyatlarının başlanğıcını göstərə bilər: 

“Bu, ABŞ-yə reydlər başlatmağa və regionda yeni bir döyüş mərhələsini alovlandırmağa imkan verəcək”. 

Nəşrin məlumatına görə, Vaşinqton bu missiyanın mahiyyətini açıqlamayıb, lakin elit dəstəyə Hörmüz boğazına nəzarəti bərpa etmək tapşırılacaq.

"The Wall Street Journal" qəzeti ABŞ rəsmilərinə istinadən əvvəllər ABŞ-nin Yaxın Şərqə dəniz ekspedisiya qüvvələri göndərdiyini bildirmişdi. 

Nəşrin məlumatına görə, ABŞ Pentaqon rəhbəri Pit Heqset Mərkəzi Komandanlığın (CENTCOM) amfibiya hücum qrupu və ekspedisiya qüvvələri göndərmək üçün sorğusunu təsdiqləyib.

Chosen
60
cebheinfo.az

1Sources