EN

Məhkəmədən gərgin başlanğıc: Hakim gözlənilməz qərar verdi

Əkrəm İmamoğlunun İstanbul meri vəzifəsindən uzaqlaşdırılmasından sonra barəsində aparılan korrupsiya istintaqı başa çatıb və 2025-ci il noyabrın 11-də 3809 səhifəlik ittiham aktı hazırlanıb.

Turkustan.az xəbər verir ki, ittihamnamədə İmamoğlu cinayət təşkilatının lideri kimi göstərilir. Ona qarşı aşağıdakı ittihamlar irəli sürülüb: cinayət törətmək məqsədilə təşkilat yaratmaq, rüşvətxorluq, çirkli pulların yuyulması, dövlət qurumlarına qarşı fırıldaqçılıq, şəxsi məlumatların qeydə alınması, şəxsi məlumatların əldə edilməsi və yayılması, cinayət sübutlarını gizlətmək, ünsiyyətə mane olmaq, dövlət əmlakına ziyan vurmaq, rüşvət almaq, ictimaiyyətə yanlış məlumat yaymaq, hədə-qorxu ilə tələb etmək, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, tender saxtakarlığı, ətraf mühiti qəsdən çirkləndirmək, Vergi Prosessual Qanununun pozulması, Meşə Təsərrüfatı Qanununun pozulması və Mədən Qanununun pozulması.

İddia olunur ki, İmamoğlu 142 ayrı əməl üzrə təqsirləndirilir və 828 il 2 aydan 2352 ilədək həbs cəzası ilə üzləşə bilər.

İş üzrə ilk məhkəmə iclası martın 9-da keçirilib. Ötən həftə baş tutan dinləmələrdə həbsdə olan şübhəlilər — Aykut Erdoğdu, Sırrı Küçük, Ümit Polat və Bulut Aydöner müdafiə çıxışları ediblər.

Cümə günü dinləmə keçirilməsə də, həftədə dörd gün davam edən məhkəmə prosesinin ikinci həftəsi bu gün başlayıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
54
1
turkustan.az

2Sources