EN

Azərbaycanda sənaye təhlükəsizliyi sahəsinə dair yeni dövlət standartları qəbul edilib

Bakı. Trend:

Prezident yanında Antiinhisar və İstehlak Bazarına NəzarətDövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırmaİnstitutu (AZSTAND) sənaye təhlükəsizliyi sahəsinə dair yeni dövlətstandartları qəbul edib.

Trend bubarədə agentliyə istinadən xəbər verir.

Bildirilib ki, yeni dövlət standartları sənaye sahəsindətəhlükəsizlik tələblərinin vahid və şəffaf şəkildə tətbiqinə,məhsul və avadanlıqların sınaq və uyğunluğun qiymətləndirilməsiproseslərinin beynəlxalq təcrübəyə uyğun aparılmasına imkanyaradacaq.

"Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olanAzərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO4414:2026 “Pnevmointiqallı sistemlər, onların komponentləri iləbağlı ümumi qaydalar və təhlükəsizlik tələbləri”, AZS ГОСТ15.109:2026 “Məhsulun işlənib hazırlanması və istehsala buraxılmasısistemi. Sənaye partlayıcı materialları”, AZS ГОСТ 194:2026“Texniki difenilamin. Texniki şərtlər”, AZS ГОСТ 23172:2026“Stasionar qazanlar. Terminlər və təriflər”, AZS ГОСТ 24856:2026“Boru kəməri armaturu. Terminlər və təriflər”, AZS ГОСТ31371.1:2026 “Təbii qaz. Qaz xromatoqrafiyası üsulu ilə tərkibintəyini və qeyri-müəyyənliyin qiymətləndirilməsi. Hissə 1. Ümumiməlumatlar və tərkibin təyini”, AZS ГОСТ 33732:2026 “Pirotexnikiməmulatlar. Ümumi təhlükəsizlik tələbləri”, AZS ГОСТ 33950:2026“Pirotexniki məmulatlar. Sınaq metodları”, AZS ГОСТ 33984.2:2026“Liftlər. Sertifikatlaşdırma zamanı tədqiqat (sınaq) və ölçmələrinaparılma qayda və metodları. Nümunə götürmə qaydaları” və AZS ГОСТ33984.3:2026 “Liftlər. Liftin təhlükəsizlik qurğularınınsertifikatlaşdırılması aparılarkən tədqiqat (sınaq) və ölçmələrinaparılma qayda və metodları. Nümunələrin götürülmə qaydaları”dövlət standartları qəbul edilib", - məlumatda qeyd edilib.

“2026-2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı”nınicrası çərçivəsində qəbul edilən bu dövlət standartlarıpnevmointiqallı sistemlər, sənaye partlayıcı materialları, texnikidifenilamin, stasionar qazanlar, boru kəməri armaturu, təbii qazıntərkibinin təyini, pirotexniki məmulatlar və liftlər üzrətəhlükəsizlik qurğularının sınaq və sertifikatlaşdırma qaydalarınımüəyyən edir.

Vurğulanıb ki, yeni dövlət standartlarının tətbiqində məqsədsənaye obyektlərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsi,müasir yanaşmalarla məhsul və avadanlıqların uyğunluğunun vahidtələblər əsasında qiymətləndirilməsi, eləcə də millistandartlaşdırma sisteminin beynəlxalq tələblərəuyğunlaşdırılmasının təmin edilməsidir.

Sözügedən dövlət standartı layihələri Azərbaycan RespublikasıFövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi vəDağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən təsis edilən “Sənayetəhlükəsizliyi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK50) iclasında müzakirə edilib və AZSTAND tərəfindən qəbul edilərəkStandartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxiledilib.

Məqalədə:
Chosen
66
16
az.trend.az

10Sources