EN

İran Əbu-Dabiyə raket atdı – BİR NƏFƏR ÖLÜB

Əbu-Dabinin Əl-Bəhiya rayonunda mülki avtomobilə dəyən raketin nəticəsində bir nəfər həlak olub.

Herbiand.az xəbər verir ki, bu barədə Əmirliyin mətbuat xidməti X sosial media platformasında məlumat verib.

Məlumata görə, hadisə nəticəsində bir Fələstin vətəndaşı həlak olub. Əmirlik hakimiyyəti insanları bu cür hadisələr barədə yalnız rəsmi mənbələrdən məlumat almağa və yalan məlumatların yayılmasının qarşısını almağa çağırıb.

İran ABŞ və İsrailin hücumlarına cavab olaraq Yaxın Şərqdəki Amerika hərbi hədəflərinə zərbələr endirir. BƏƏ də daxil olmaqla, mülki hədəflər də hədəfə alınır. 10 mart tarixinə olan məlumata görə, Əmirliklərdə İranın hücumlarında altıdan çox insan həlak olub, 120-dən çox insan yaralanıb.

Chosen
20
herbiand.az

1Sources