EN

Böyük Britaniyanın Baş naziri ilə ABŞ Prezidenti arasında telefon danışığı OLDU

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisinin yaydığı bəyanatda bildirilib.

Açıqlamada qeyd olunub ki, tərəflər Yaxın Şərqdəki gərginliyi və qlobal gəmiçilikdə yaranan fasilələri müzakirə ediblər. Liderlər dünya üzrə qiymət artımına səbəb olan problemlərin aradan qaldırılması üçün Hörmüz boğazının açıq qalmasının vacibliyini vurğulayıblar.

Məlumata görə, Starmer telefon danışığı zamanı münaqişə nəticəsində həlak olan Amerika hərbçilərinin ailələrinə də başsağlığı verib.

Qeyd edək ki, Ağ Ev telefon danışığı ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
65
1
redaktor.az

2Sources