EN

Abşeron yatağının tammiqyaslı işlənməsi layihəsi üçün ƏMSSTQ açıqlanıb

Bakı. Trend:

Abşeron layihəsi üzrə Birgə Müəssisə - TotalEnergies, SOCAR vəXRG - Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏtrafMühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsinin (ƏMSSTQ)ictimaiyyətə açıqlandığını elan etməkdən məmnundur. Bu açıqlamaAzərbaycan Respublikasının "Ətraf mühitə təsirin qiymətləndirilməsibarədə" 1175 saylı, 12 iyun 2018-ci il tarixli qanununun, ətrafmühit və sosial sahə üzrə beynəlxalq fəaliyyət standartlarınıntələblərinə və BM-in layihənin şəffaf və məsuliyyətli qaydadaişlənməsini təmin etmək öhdəliyinə uyğun olaraq həyatakeçirilir.

ƏMSSTQ hesabatının layihə variantının açıqlanması üçün aşağıdakıünvanlarda ictimaiyyət ilə məsləhətləşmə xarakterli iki görüştəşkil edəcəkdir:

  • 02 aprel 2026-cı il, saat 10:00 – 13:00: Landmark III BiznesMərkəzi (Konfrans otağı), Bakı,
  • 03 aprel 2026-cı il, saat 10:00 – 13:00: Səngəçal MədəniyyətEvi

ƏMSSTQ sənədinin layihə variantının çap olunmuş nüsxəsiniaşağıdakı ünvanlardan əldə edə bilərsiniz:

  • Landmark III Biznes Mərkəzi - Lobbi – Nizami küçəsi 90A –Bakı,
  • Səngəçal Mədəniyyət Evi – Qaradağ rayonu, Səngəçal qəsəbəsi,Suvorov küçəsi,
  • Azərbaycan-Fransız Universiteti - Lobbi – Nizami küçəsi 183 –Bakı.

ƏMSSTQ sənədinin layihə variantı aşağıdakı saytddan yüklənəbilər:

https://totalenergies.com/fr/azerbaidjan/absheron-ffd-esia

Sizinlə yuxarıdakı ünvanlarda keçiriləcək görüşlərdən birindəşəxsən görüşməyi səbirsizliklə gözləyirik.

ƏMSSTQ sənədinin açıqlanmasında məqsəd:

  • Abşeron layihəsinin əhatə dairəsi, fəaliyyətləri və gözləniləntəsirləri barədə məlumat vermək,
  • Maraqlı tərəfləri, o cümlədən, hökumət orqanlarını, yerliicmaları, QHT-ləri və ümumi ictimaiyyəti layihənin ətraf mühitə vəsosial sahəyə təsirləri barədə məlumatlandırmaq,
  • İctimaiyyətin ƏMSSTQ sənədini nəzərdən keçirməsinə vərəylərini, narahatlıq doğuran məsələləri və ya tövsiyələrinibölüşməsinə imkan yaratmaqdır.

Layihə barədə ümumi məlumat:

Abşeron qaz və kondensat yatağı Xəzər dənizində, sahildən 100kmcənub-şərqdə yerləşir. Birgə Müəssisəyə TotalEnergies EP AbşeronB.V (TEPAB) (35%), SOCAR Abşeron (35%) və ADNOC XRG (30%) daxildir.İlk işlənmə mərhələsi üzrə hasilat 2023-cü ilin iyulunda başlayıb.Birinci mərhələdə sualtı hasilat quyusu SOCAR-ın Neft Daşlarındakımövcud qurğularına birləşdirilmiş yeni qaz emal platformasınaqoşulub. Gündəlik hasilat gücü 4 milyon kub metr qaz və 13 000barel kondensatdır. Qaz Azərbaycanın yerli bazarında satılır.

1-ci mərhələdən sonra partnyorlar, 2025-ci ilin əvvəllərindəstart verilmiş İlkin texniki layihələndirmə (İTL) ilə Abşeronyatağının tammiqyaslı işlənməsini davam etdirmək barədə qərar qəbuletmişdir. Yekun Sərmayə Qərarının (YSQ) 2026-cı il ərzində qəbulolunması qarşıya məqsəd qoyulub. Yatağın Tammiqyaslı İşlənməsimərhələsi ilə maksimum hasilat dövründə 110 min bne/gün əlavəhasilatın təmin ediləcəyi gözlənilir. İşlənmə konsepsiyasına qaz vəmayelərin emalı və ixracı məqsədilə 140km-lik çoxfazalı sualtı borukəməri ilə Səngəçal ərazisində quruda inşa edilən yeni qurğularaqoşulan üç dərinsulu quyu vasitəsilə əhəmiyyətli sualtı işlənməmərhələsi daxildir. Maksimum hasilat dövründə, 2-ci mərhələdəgündəlik qaz hasilatı 12,7 milyon kub metr (ildə 4,5 milyard kubmetr) təşkil edəcək və 1-ci mərhələ üzrə hasilatdan əlavə, ilkdövrdə gündə 35 000 barel kondensat hasil ediləcəkdir.

Chosen
31
2
az.trend.az

5Sources