Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Almaniya II Bundesliqası təmsilçisi "Kayzerslautern" XXVI turda qələbə qazanıb. Metbuat.az xəbər verir ki, doğma meydanda "Karlsrue"ni qəbul edən komanda 3:0 hesablı qələbəyə sevinib.Mahir Emreli qarşılaşmanın 90+4-cü dəqiqəsində komandasının üçüncü qolunu vurub.Qeyd edək ki, "Kayzerslautern" turnir cədvəlində 40 xalla yeddinci yerdədir.