EN

Xərçəng hüceyrələrinin yayılmasını zəiflədir

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Texas A&M Universitetinin alimləri süd vəzisində yaranan aqressiv xərçəng hüceyrələri ilə mübarizədə tünd gilasın gözlənilməz faydasını aşkar ediblər. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, gilasa tünd qırmızı rəng verən antosian birləşmələri şişlərin böyüməsini ləngidir və metastazların qarşısını alır. Tədqiqat xüsusilə müalicəsi çətin hesab olunan "üçqat mənfi" xərçəng növünə yönəlib.Demokrat.az-ın məlumatına görə təcrübə zamanı gəmiricilər dörd qrupa bölünüb. Bir qrupa şiş yaranmazdan əvvəl gilas birləşmələri, digərinə kimyaterapiya, üçüncüsünə isə hər ikisinin kombinasiyası tətbiq edilib. Nəticələr kifayət qədər təsiredici olub. Antosian qəbul edən siçanlarda şişlərin inkişafı yavaşlayıb və heç bir yan təsir müşahidə olunmayıb.

Gilas birləşmələri ilə kimyaterapiyanın birgə tətbiqi isə daha effektiv nəticə verib. Bu kombinasiya şişin böyüməsini erkən mərhələdə dayandırıb və orqanizmin çəkisini normal səviyyədə saxlayıb. Gilas həmçinin metastazlara və müalicəyə qarşı müqavimətə cavabdeh olan genlərin aktivliyini azaldıb.Tədqiqatçılar vurğulayırlar ki, təbii birləşmələr əsas müalicəni əvəz etmir, lakin onun təsirini gücləndirən vasitə rolunu oynaya bilər. Hazırda əsas məqsəd antosianların insan orqanizmi tərəfindən necə mənimsənildiyini və dərmanlarla birgə təsirini tam müəyyənləşdirməkdir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
95
demokrat.az

1Sources