EN

Dünya qlobal texnoloji sistemlərin parçalanması ilə üzləşə bilər - Peyanoviç-Durişiç

Bakı. Trend:

Artan geosiyasi gərginlik və yüksək texnologiyalar sahəsindəməhdudiyyətlər fonunda dünya qlobal texnoloji sistemin paralelekosistemlərə parçalanması ilə üzləşə bilər.

Trend xəbər verirki, bunu Monteneqronun keçmiş müdafiə naziri MilitsaPeyanoviç-Durişiç bu gün “Keçid dövründə olan dünyada fikirayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal BakıForumunda çıxışında bildirib.

Onun sözlərinə görə, son onilliklər ərzində dünya texnolojisistemi vahid və qarşılıqlı əlaqəli məkan kimi inkişaf edib; busistemdə innovasiyalar müxtəlif ölkələrdə yaradılır, təchizatzəncirləri, standartlar və infrastruktur isə inteqrasiya olunmuşşəkildə fəaliyyət göstərirdi.

“Bu gün biz yeni tendensiyanın şahidi oluruq: qlobal innovasiyasistemi müxtəlif standartlara, təchizat zəncirlərinə və texnolojiplatformalara malik paralel ekosistemlərə bölünə bilər”, – deyə oqeyd edib.

Peyanoviç-Durişiç vurğulayıb ki, bu cür proseslər çox vaxt ABŞvə Çin arasında rəqabət prizmasından qiymətləndirilsə də, onlarınnəticələri qlobal xarakter daşıyır və bütün ölkələrə təsirgöstərir.

O, buna misal olaraq yarımkeçiricilər sektorunu göstərib.Bildirib ki, bir mikrosxemin istehsalı bir ölkədə layihələndirməni,digər ölkədə yığılmanı, üçüncü ölkədə isə istifadəsini ehtiva edəbilər.

“Bu gün isə belə model ixrac məhdudiyyətləri və qlobal texnolojiistehsalın strukturunu dəyişən yeni sənaye strategiyalarısəbəbindən təzyiq altındadır”, – o bildirib.

Onun sözlərinə görə, getdikcə daha çox dövlət yarımkeçiriciistehsalı da daxil olmaqla strateji əhəmiyyətli sahələrdə özistehsal imkanlarını inkişaf etdirməyə çalışır ki, bu da tədricəndaha çox regionallaşmış texnoloji sistemlərin formalaşmasınagətirib çıxarır.

O əlavə edib ki, texnoloji rəqabətin güclənməsi dünyaiqtisadiyyatında uzunmüddətli dəyişikliklərə səbəb ola vəbeynəlxalq əməkdaşlığa yeni yanaşmalar tələb edə bilər.

Məqalədə:
Chosen
36
az.trend.az

1Sources