EN

WUF13 şəhərlərin qlobal liderlik tələb edən strateji prioritetlər kimi müzakirə olunmasına imkan yaradacaq - Anar Quliyev

Bakı. Trend:

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçiriləcəyi BakıOlimpiya Stadionunda işlər tamamlanma mərhələsindədir.

Trend xəbərverir ki, bunu bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsininsədri Anar Quliyev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilənbrifinqdə bildirib.

Onun sözlərinə görə, foruma hazırlıq sürətlə davam edir:

"Olimpiya stadionu belə vacib bir tədbirin keçiriləcəyi məkankimi yenidən dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq. Yüksəkstandartlara cavab verən obyekt olaraq stadion səmərəlilogistikanı, fasiləsiz işi və bütün iştirakçılar üçün yüksəksəviyyəli qonaqpərvərliyi təmin edəcək. Tikinti işləri tamamlanmamərhələsindədir".

"Stadionda 40 əsas sessiya, 350-yə yaxın paralel tədbir, eləcədə "Urban Expo" sərgisi keçiriləcək. "Urban Expo" - sadəcə sərgiməkanı deyil. O, dialoq, tərəfdaşlıq və praktiki əməkdaşlıqmərkəzinə çevriləcək. Startaplar və novatorlar mənzil tikintisisahəsində dünyanın hər yerindən sınaqdan keçirilmiş həlləri təqdimetmək imkanı əldə edəcəklər.

Bu forum dövlət və hökumət başçılarını bir araya gətirərəkşəhərlərin yüksək səviyyəli qlobal liderlik tələb edən stratejiprioritetlər kimi müzakirə olunmasına imkan yaradacaq. “COP29Nazirlər Toplantısından ilhamlanaraq nazirlər, merlər və ekspertlərarasında birbaşa dialoq üçün platforma yaradacaq, praktik həllərinformalaşmasına və konkret nəticələrin əldə olunmasına imkanverəcək”.

Chosen
40
3
az.trend.az

5Sources