EN

Səhər acqarına edilən bu vərdiş ürəyə zərər verə bilər - Həkim xəbərdarlıq edir

Bir çox insan səhər oyandıqdan sonra günə tez başlamaq üçün ilk olaraq qəhvə içir. Lakin mütəxəssislər bildirirlər ki, qəhvənin acqarına qəbul edilməsi bəzi hallarda ürək-damar sisteminə mənfi təsir göstərə bilər.

E-saglam.az xəbər verir ki, həkimlərin sözlərinə görə, səhər saatlarında orqanizmdə stress hormonları artıq yüksək olur. Bu zaman kofein qəbul edildikdə ürək döyüntüsü sürətlənə, qan təzyiqi yüksələ və ürəyə əlavə yük düşə bilər.

Bundan əlavə, acqarına qəhvə içmək mədə turşuluğunu artıraraq həzm sistemində narahatlığa səbəb ola bilər. Bu vəziyyət xüsusilə həssas mədəsi olan insanlarda daha çox müşahidə edilir.

Mütəxəssislər səhər qəhvəsini içməzdən əvvəl yüngül səhər yeməyi qəbul etməyi və ya ən azı bir stəkan su içməyi tövsiyə edirlər. Bu, həm ürək-damar sistemini qorumağa, həm də günə daha balanslı başlamağa kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
17
e-saglam.az

1Sources