EN

Qazaxıstan MSK sədri TÜRKPA nın müşahidə prosesində iştirakını yüksək qiymətləndirib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycan, Qırğızıstan və Türkiyə parlamentariləri, parlament əməkdaşları və TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyası Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurlan Abdirov ilə görüşüb.

AZƏRTAC-a məlumat verilib ki, sədr Nurlan Abdirov Qazaxıstan MSK-nın uzun illərdir TÜRKPA ilə əməkdaşlıq etdiyini vurğulayıb. O, təşkilatı müşahidə prosesinə dəvət etdiyinə görə məmnunluğunu bildirib və missiyanın aktiv fəaliyyətini yüksək qiymətləndirib. Sədr qeyd edib ki, TÜRKPA sayəsində qazaxıstanlı müşahidəçilər də beynəlxalq seçki müşahidə missiyalarında iştirak imkanı qazanırlar.

Missiyanın rəhbəri, TÜRKPA-nın Hüquq məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri, Osman Mesten isə “ata torpaqlarına” dəvət və səmimi qəbula görə N.Abdirova təşəkkürünü bildirib. O.Mesten Missiyanın Astana ilə yanaşı, Almatı və Türküstan şəhərlərində də qısamüddətli monitorinqlər aparacağını qeyd edib və referendumun ölkə üçün əhəmiyyətini vurğulayıb.

Nurlan Abdirov Qazaxıstan ümumxalq referendumuna hazırlığın başa çatdığını, ölkə üzrə 10 mindən çox seçki məntəqəsinin tam hazır vəziyyətdə olduğunu bildirib. O, mərkəzi və ərazi referendum komissiyalarının akkreditasiya prosesinin bütün prosedurlara uyğun həyata keçirildiyini, ümumilikdə 256 təşkilatın akkreditasiyadan keçdiyini qeyd edib.

Görüşdə TÜRKPA Beynəlxalq Referendum Müşahidə Missiyasının üzvləri – Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, Qırğız Respublikası Joqorku Keneşinin deputatı Irısbek Atajanov, TÜRKPA-nın komissiya katibi Aynurə Abutalıbova və TÜRKPA-nın Türkiyə Böyük Millət Məclisindəki nümayəndə heyətinin katibi Kürşat Melih Sarıarslan də iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
68
azertag.az

1Sources