EN

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman vacib amil olub

12 mart 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunub və beynəlxalq siyasətçiləri, ekspertləri və ictimai xadimləri bir araya gətirib.

Dövlət başçısı vurğulayıb ki, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır.  Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. İnkişaf üçün illərlə, hətta onilliklərlə investisiya qoymuş ölkələr indi risklərlə üz-üzədir. Buna görə də təhlükəsizlik və sabitlik səylərimizi birləşdirməli olduğumuz əsas amil olmalıdır. Hər zaman Azərbaycanın bölgədə və dünyada təhlükəsiz, sabit, əmin-aman bir şəraitin bərpa olunması, davam etməsinə tərəfdar olduğunu və bunun üçün bütün səylərini bu günə qədər olduğu kimi, bundan sonra da davam etdirəcəyini bildirdi. Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Çünki işğal dövründə dəfələrlə qeyd etdiyim kimi, bizim üçün sülhün təmin olunması və suverenliyimizin bərpası gündəliyimizin əsas məsələsi idi.

Hazırda cəmi 7 aydır ki, biz sülh şəraitində yaşayırıq. Bu, bir daha onu göstərir ki, sülhə nail olmaq üçün zəruridir olan güclü siyasi iradə var, sülh və ədalət sahəsində bir sadiqlik var.

Prezident çıxışında Azərbaycanın uzun illər Ermənistanla münaqişə şəraitində yaşadığını və ərazilərinin bir hissəsinin işğal altında qaldığını xatırladıb. O qeyd edib ki, Azərbaycan öz suveren hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa edib; müharibədən sonra regionda sülh və sabitliyin təmin olunması istiqamətində addımlar atılır.

Müasir dövrdə beynəlxalq münasibətlər sistemi müxtəlif siyasi, iqtisadi və hərbi gərginliklər səbəbindən ciddi sınaqlarla üz-üzə qalır. Dünyanın müxtəlif regionlarında baş verən münaqişələr, qlobal təhlükəsizlik problemləri və geosiyasi rəqabət dövlətlərin fəaliyyətinə birbaşa təsir göstərir. Buna görə də təhlükəsizlik və sabitliyin qorunması hər bir dövlət üçün əsas prioritetə çevrilməlidir. Dövlətlər ilk növbədə öz ərazilərində sabitliyi təmin etməli, vətəndaşların təhlükəsizliyini qorumaq üçün güclü siyasi və hüquqi mexanizmlər formalaşdırmalıdırlar. Təhlükəsizlik və sabitlik olmadan ölkədə normal iqtisadi mühitin yaranması mümkün deyil. Eyni zamanda beynəlxalq əməkdaşlıq, dövlətlər arasında etibarlı münasibətlərin qurulması və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi də təhlükəsiz və sabit mühit tələb edir. Buna görə də müasir dünyada davamlı inkişafın təmin olunması üçün təhlükəsizlik və sabitliyin qorunması xüsusi əhəmiyyət daşıyır.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Chosen
22
2
ikisahil.az

3Sources