Tərtərdə doğuşdan sonra həyatını itirən Röya Allahverdiyevanın yaxınları danışıb.
Publika.az xəbər verir ki, onlar qadının həkimlərin səhlənkarlığını ucbatından öldüyünü iddia edirlər.
“Bizi 5 saat aldatdılar ki, indi çıxacaq. Sonra 102-yə zəng etdim ki, mənə kömək edin. Həkim briqadası göndərdilər. Heç bir xəstəliyi olmayıb balamın. Həmişə həkim nəzarətində olub. Bu uşaq da ilk övladı idi”,- deyə atası əlavə edib.
Qayınatası isə bildirib ki, gəlininin doğuşdan sonra vəziyyəti normal olsa da, sonradan onda qanaxma baş verib:
“Gəlinlə də telefonla əlaqə saxlayıblar, deyib ki, yaxşıyam. Ancaq sonra oğlum eşidib ki, qanaxma var dayandıra bilmirlər”.