EN

Futbol qaydaları tamamilə dəyişdi

FİFA futbol qaydalarına dəyişiklikləri təsdiqləyib. Metbuat.az xəbər verir ki, yeni qaydalar oyunun tempinin qəsdən aşağı salınmasının qarşısını almağa yönəlib. Yeni qaydalar oyunçu əvəzetmələrinə, oyunun yenidən başlamasına, zədələrin müalicəsi və Video Köməkçi Hakimdən (VAR) istifadəyə yönəlib. Məlumata görə, yeni qaydalar 2026-cı il Dünya Kubokundan tətbiq ediləcək. Oyunçu əvəzetmə qaydasına əsasən, meydanı tərk edən oyunçular 10 saniyə ərzində meydanı tərk etməlidirlər. Əks halda onları əvəz edən oyunçu meydana girməzdən əvvəl bir dəqiqə gözləməli olacaq. Oyunun yenidən başlamasında da dəyişikliklər edilib. Komandaların artıq topu oyuna daxil etməsi üçün 5 saniyəsi olacaq. Bu vaxt keçərsə, top rəqib komandaya veriləcək.

Meydanda zədə müalicəsi üçün də yeni qaydalar tətbiq edilib. Matç zamanı müalicə alan oyunçular meydanı tərk edəcək və oyun yenidən başladıqdan bir dəqiqə sonra meydana qayıda bilərlər. VAR sistemi də öz səlahiyyətlərini genişləndirəcək. Artıq ikinci sarı vərəqələr və künc zərbələri ilə bağlı qərarlar açıq-aşkar səhv olarsa, VAR tərəfindən nəzərdən keçirilə bilər.

Chosen
21
12
metbuat.az

10Sources