EN

İkardinin ''Qalatasaray'' macərası başa çatır - onun yeni klubu bəllidi?

''Qalatasaray''la cəmi 2 aylıq müqaviləsi qalan Mauro İkardi haqda hər həftə yeni bir iddia ortaya atılır.

Ötən həftə ulduz futbolçunun ''River Pleyt''ə yollanacağı ilə bağlı xəbərlər peyda olmuşdu. İndi də İkardinin İtaliyaya qayıdacağı ilə bağlı şayiələr yayılıb.

"Football-plus.az" xəbər verir ki, bu iddianı FİFA meneceri Marko Kırdemir səsləndirib. O hətta konkret klub adı da çəkib:

''Məndə olan məlumata görə İkardi bu yay birmənalı şəkildə İtaliyaya qayıdacaq. İndidən ''Yuventus''la ilkin razılıq əldə edib. Çünki sevgilisi də İtaliyada yaşamaq istəyir. Karyerasını ''Qalatasaray''da davam etdirməyəcək. Zatən müqaviləsi də başa çatmaq üzrədi''.

Marko Kırdemir Viktor Osimhenin ''Real''ın maraq dairəsində olması faktını təkzib edib. O, Madrid nəhənginin əsil hədəfinin Erlinq Holann olduğunu bildirib. Menecerin bir başqa iddiasına görə isə yayda ''Real''ın başına Yürgen Klopp gətiriləcək.

İkardi mövzusuna gəlincə, Türkiyə mətbuatı da ''Qalatasaray''ın ona yeni müqavilə təklif etməyəcəyini yazır. Təcrübəli forvard son vaxtlar ümumiyyətlə sanki klubdan təcrid olunub. Son oyunlarda ehtiyat skamyaya həbs edilən argentinalının üzü gülmür. O, komandasının əldə etdiyi möhtəşəm zəfərlərə dair heç bir paylaşımlar etmir. Eləcə də oyundan sonra komanda ilə birlikdə sevinmir. Osimhenin kölgəsində qalmaqdan və ehtiyatda oturmaqdan bəzən 33 yaşlı forvard məşqlərdə də çox həvəssiz görünür.

İddialara görə rəhbərlik onunla görkəmli şəkildə vidalaşmaq, ona fanatlar önündə müxtəlif xatirə hədiyyələri vermək niyyətindədi.

Xatırladaq ki, Türkiyədə 4-cü mövsümünü keçirən İkardi klub tarixinin ən məhsuldar əcnəbi futbolçusu statusundadı. O indiyə qədər sarı-qırmızı forma ilə iştirak etdiyi 124 rəsmi oyunda 76 qol, 24 məhsuldar ötürmə ilə fərqlənərək 100 qolun vurulmasında yaxından iştirak edib.
Chosen
29
2
football-plus.az

3Sources