EN

BƏƏ yaxınlığında gəmi hücuma məruz qalıb, İsraildə bir neçə hədəf vurulub » AzadMedia.az

BƏƏ


Pars Today xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Şarja limanı yaxınlığında bir gəmi hücuma məruz qalıb.

Məlumata görə, eyni zamanda İrandan buraxılan raket nəticəsində Şoham şəhərində — Ben-Qurion hava limanı yaxınlığında — yanğınlar baş verib.

Bundan əlavə, klaster tipli raketin Təl-Əviv bölgəsinə düşdüyü və nəticədə bir neçə binanın zədələndiyi bildirilir.

Həmçinin qeyd olunur ki, hücumların 46-cı dalğası zamanı İsrail ordusunun komandirlərinə məxsus 10-dan çox sığınacaq raket zərbələri ilə vurulub.

Chosen
32
1
azadmedia.az

2Sources