EN

Müsabiqə qalibi olan QHT-lərin rəhbərləri ilə görüş keçirilib - FOTOLAR

2026-cı ilin martın 13-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqələrinin, eləcə də Agentliyin bp və Qarabağ Dirçəliş Fondu ilə birlikdə elan etdiyi müsabiqələrin qalibi olan QHT-lərin rəhbərləri ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli, QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva və digər məsul şəxslər iştirak ediblər.

 

Tədbirə QHT Agentliyinin Müşahidə Şurasının üzvləri, 300-ə yaxın QHT rəhbəri qatılıb. Görüşdə müsabiqələrdə qalib olan QHT-lərdən layihələrin icra prosesindəki gözləntilər diqqətə çatdırılıb, suallar cavablandırılıb, müvafiq izahlar verilib.

Chosen
85
qht.az

1Sources