EN

BTQ Hindistanda beynəlxalq konfrans keçirdi

İsveçrənin Cenevrə şəhərindən BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Hindistan Hökumətinin sikh icması və digər etnik qruplara qarşı bütün dünya boyu təqiblərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Bakı Təşəbbüs Qrupu (BTQ) və Sikh Federasiyasının birgə təşkilatçılığı ilə BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində “Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Sikhlərin müqaviməti və BMT” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu konfrans sikh icmasının üzləşdiyi problemlərin beynəlxalq müstəvidə, xüsusilə BMT platformasında gündəmə gətirilməsi baxımından əlamətdar hadisədir. Konfransda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsinin iştirakı BMT sisteminin məsələni diqqətlə izlədiyini və mövzunun beynəlxalq insan hüquqları institutları tərəfindən ciddi maraq doğurduğunu göstərən mühüm göstəricidir.

Tədbirdə Kanada, Böyük Britaniya, Avstraliya, ABŞ, İsveçrə və digər ölkələrdə fəaliyyət göstərən sikh diasporunun tanınmış nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri, hüquq müdafiəçiləri, həmçinin Hindistan hökumətinin həyata keçirdiyi təqib və repressiv siyasətdən birbaşa zərər çəkmiş şəxslər iştirak ediblər.

Konfransın əsas məqsədi Hindistan hökumətinin etnik və dini azlıqlara qarşı həyata keçirdiyi siyasətin, xüsusilə sikh icmasına qarşı yönəlmiş təqib və təzyiqlərin beynəlxalq müstəviyə çıxarılması, həmçinin bu halların insan hüquqları və fundamental azadlıqlar baxımından yaratdığı risklərə beynəlxalq təşkilatların diqqətini çəkməkdir.

Chosen
57
9
publika.az

10Sources