EN

ABŞ Konqresinə 6 yaşlı Hind Rəcəbin ölümünü araşdırmağı tələb edən qanun layihəsi təqdim edilib



ABŞ-da Konqres üzvləri ABŞ hökumətindən 2024-cü ilin yanvar ayında Qəzzada ailəsi ilə birlikdə maşında olarkən İsrail əsgərləri tərəfindən öldürülən 6 yaşlı fələstinli Hind Rəcəbin ölümünü araşdırmağı tələb edən qanun layihəsi təqdim ediblər.
ABŞ Nümayəndələr Palatasının üç üzvü və iki senator Konqresin hər iki palatasına təqdim edilən qanun layihəsi ilə bağlı birgə bəyanat yayıblar."Hind Rəcəb üçün Ədalət Qanunu" adlanan qanun layihəsinə görə, Rəcəbin, ailəsinin və onu xilas etməyə gələn tibbi heyətin ölümləri ABŞ hökuməti tərəfindən araşdırılmalı və məsul şəxslər məsuliyyətə cəlb edilməlidir.

Qanun layihəsi Tramp administrasiyasından Rəcəbin ölümü, eləcə də Qəzzada mülki şəxslərə dəyən daha geniş ziyanla bağlı ətraflı cavablar verməsini tələb edir.

Bəyanatda ifadəsi yer alan Nümayəndələr Palatasının üzvü Sara Ceykobs bildirib ki, Rəcəbin hekayəsi "fələstinlilərin hər gün üzləşdiyi reallığın dağıdıcı bir xatırlatmasıdır".

Nümayəndələr Palatasının üzvü Xoakin Kastro həmçinin bildirib ki, "Hind Rəcəb, Qəzzada İsrail qüvvələri tərəfindən öldürülən minlərlə fələstinli uşaq kimi, ədalətə layiqdir".

Qanun layihəsinə Ceykobs və Kastrodan əlavə senatorlar Peter Uelç və Kris Van Hollen, eləcə də Nümayəndələr Palatasının üzvü Pramila Ceyapal da imza atıb.

aia.az
Tərcümə şöbəsi



Chosen
32
aia.az

1Sources