
Qeyd edək ki, hər dörd nazir həmyaşıddır. Fərid Əhmədov, Fərid Qayıbov, Rəşad İsmayılov və Adil Kərimli 1979-cu ildə anadan olublar. Fərid Əhmədov, Fərid Qayıbov və Adil Kərimli Bakı şəhərində doğulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında Rəşad İsmayılovun doğum yeri qeyd olunmayıb. Fotoda: Gənclər və idman naziri Fərid Qayıbov

Fərid Əhmədov, Rəşad İsmayılov və Adil Kərimli Bakı Dövlət Universitetinin məzunudur. Fərid Qayıbov isə Azərbaycan Dövlət İqtisad İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsini bakalavr və magistr dərəcəsi üzrə bitirib. Fotoda: Ədliyyə naziri Fərid Əhmədov
Ədliyyə naziri ilə Gənclər və idman naziri adaşdır. Hər 4 nazir rus və ingilis dillərini bilir. Hər 4 nazir ailəlidir. Fərid Əhmədovun 4, Fərid Qayıbovun 3, Adil Kərimlinin də 3 övladı var. Rəsmi mənbələrdə Rəşad İsmayılovun övladları barədə heç bir məlumat yoxdur. Fotoda: Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılov
Nazim Hüseynzadə / Metbuat.az