Bir çox insan yuxuya daha rahat getmək üçün musiqi dinləyir və bu üsul həqiqətən də təsirli ola bilər.
Pravda.az bildirir ki, tədqiqatçılar yüzlərlə “yuxu pleylistini” analiz edərək müxtəlif janrlarda musiqilərin insanların yuxuya getməsinə kömək etdiyini müəyyən ediblər.
Nəticələrə görə, klassik və instrumental musiqilər tez-tez seçilsə də, pop və digər müasir janrlar da yuxu pleylistlərində geniş yer tutur. Bəzi məşhur mahnıların belə insanların yuxuya getməsini asanlaşdırdığı müşahidə olunub.
Musiqi sakitləşdirici təsir göstərərək insanın rahatlamasına kömək edir. Xüsusilə ritmik və tanış melodiyalar beynin sakitləşməsinə və daha tez yuxuya getməyə şərait yaradır.
Ekspertlər yatmazdan əvvəl musiqi dinləyərkən səsin çox yüksək olmamasını, mümkün olduqda taymerdən istifadə edilməsini və müntəzəm yuxu rejiminə riayət edilməsini tövsiyə edirlər.
Əminə Bayramova