EN

Keçmiş məcburi köçkünlərə ŞAD XƏBƏR Prezident bu tapşırığı VERİB

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Keçmiş məcburi köçkünlərimiz üçün şad xəbər var. İşğaldan azad edilmiş ərazilərdə keçmiş köçkünlərə ayrılmış yaşayış sahələri onların mülkiyyətinə veriləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, Prezidentin tapşırığının icrası olaraq işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərə ayrılmış yaşayış sahələri üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədilə “İşğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərə ayrılmış yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi haqqında” Fərman layihəsi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib.Yeni layihəni şərh edən millət vəkili Məşhur Məmmədov bildirib ki, işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış prosesi yalnız insanların öz yurdlarına dönməsi deyil, həm də onların doğma torpaqlarında tam hüquqlu və təhlükəsiz həyat qurması deməkdir:\Oxu24.com

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
1
avtosfer.az

10Sources