EN

Makron Fransanın hərbi bazasına hücumu pisləyir

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İraq Kürdüstan Regional Muxtariyyətinin paytaxtı Ərbildə gecə saatlarında hərbi bazaya hücum edilib və nəticədə bir fransız əsgəri öldürülüb.

Reyting.az-ın məlumatına görə, Fransa prezidenti Emmanuel Makron deyib ki, çavuş Arnaud Frion Ərbildəki hücum zamanı Fransa üçün həyatını itirib.

E. Makron Fransanın daha bir neçə əsgərinin yaralandığını bildirib: “Fransa onlarla və ailələri ilə birlikdədir. 2015-ci ildən bəri İŞİD-lə mübarizə aparan qüvvələrimizə qarşı bu hücum qəbuledilməzdir. Onların İraqdakı mövcudluğu tamamilə terrorizmlə mübarizə çərçivəsindədir. İrandakı müharibə bu cür hücumları haqlı çıxara bilməz”.

Qeyd edək ki, gecə ərzində peşmərgə qüvvələrinin və fransız əsgərlərinin yerləşdiyi Ərbildəki hərbi bazaya iki dron hücum edib. İlkin məlumatlara görə, altı fransız əsgəri yaralanıb.

ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
26
reyting.az

1Sources