EN

Milli Məclis Azərbaycan hökumətinin hesabatını qəbul edib - YENİLƏNİB

Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı səsə qoyularaq qəbul edilib.

"Far.Az" xatırladır ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edib.

Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir.

"Far.Az" xəbər verir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edir.

O qeyd edib ki, bu cür hesabatlılıq hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığın möhkəmlənməsinə, görülmüş işlərin və qarşıda duran vəzifələrin birgə müzakirəsinə əlverişli şərait yaradır:

"Eyni zamanda bu proses şəffaflığın və qarşılıqlı məsuliyyət prinsipinin daha da güclənməsinə xidmət edir. 2025-ci il Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi və iqtisadi inkişafın ardıcıl şəkildə həyata keçirildiyi mühüm mərhələ kimi yadda qaldı.

"Konstitusiya və Suverenlik İli" elan edilən 2025-ci il dövlət suverenliyinin möhkəmləndirilməsi, bərpa olunan ərazilərin reinteqrasiyası və milli iqtisadiyyatın yeni inkişaf mərhələsinə keçidi baxımından mühüm siyasi mərhələ kimi qiymətləndirilə bilər. İl ərzində Azərbaycan qlobal və regional platformalarda təşəbbüskar mövqeyini daha da möhkəmləndirmiş, sülh və əməkdaşlıq gündəliyinin təşviqi istiqamətində fəal səy göstərib".

Baş nazir bildirib ki, hesabat ilində ölkədə ÜDM-in real həcmi əvvəlki illə müqayisədə 1,4% artaraq 129,1 mlrd. manat olub:

"Qeyri-neft sektoru isə real ifadədə 2,7 % artaraq 92,3 mlrd.manata çatıb. İqtisadiyyatda ümumi əlavə dəyərin 72 %-i məhz qeyri-neft sektorunda yaranıb. Qeyri-neft-qaz sənayesində 5,5 % artım olub. Neft-qaz sektorunda 1,6 % azalma olub".

Chosen
12
far.az

1Sources