EN

Azərbaycan öz unikal coğrafi mövqeyindən maksimum səmərə ilə istifadə etməyə çalışır - Şahmar Mövümov

Bakı. Trend:

Azərbaycan Şərq və Qərbi, Şimal və Cənubu birləşdirməyə imkanverən unikal coğrafi mövqeyə malikdir və ölkə bu mövqedən maksimumsəmərə ilə istifadə etməyə can atır.

Trend xəbər verirki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi,Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativinkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov XIII Qlobal BakıForumu çərçivəsində keçirilən “Orta Dəhliz və Avrasiya bağlantısınaaçılan qapı” panel iclasında deyib.

Onun sözlərinə görə, ticarət və nəqliyyat dəhlizləri sahəsindəhər hansı əməkdaşlıq dayanıqlı sülh və tərəfdaşlıq olmadan mümkündeyil.

“Bu kontekstdə ötən il münaqişənin başa çatmasına nail olundu vəAğ evdə tarixi razılaşma imzalandı. Orada Azərbaycan Prezidentiİlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan regiondauzunmüddətli münaqişəyə son qoyan və sülh, əməkdaşlıq üçün əsasyaradan bəyannaməni imzaladılar”, – deyə o qeyd edib.

Ş.Mövsümov əlavə edib ki, ötən il Orta Dəhliz vasitəsiləAzərbaycan üzərindən ümumilikdə 4,7 milyon ton yük daşınıb.

“Lakin dəhlizlər yalnız marşrutlar deyil. Qeyd olunduğu kimi,onlar həm də enerji və rəqəmsal bağlantılardır. İnkişaf etmişenerji infrastrukturu və Azərbaycan dəhlizi üzrə həyata keçirilənlayihələr burada əsas rol oynayır. Biz dünyanın 16-dan çox ölkəsinəqaz tədarük edirik. Qara dənizlə elektrik kabeli üzrə yeni layihəhazırda həyata keçirilir və bu layihə Azərbaycan, Gürcüstan,Rumıniya və Macarıstanı birləşdirməyi hədəfləyir ki, bu da Xəzərregionundan Avropaya iri həcmdə “yaşıl elektrik enerjisi"ninötürülməsinə imkan verəcək”, – deyə o bildirib.

Şahmar Mövsümov vurğulayıb ki, effektiv dəhlizlərharmoniyalaşdırılmış gömrük prosedurlarını, infrastruktur üzrəsinxronlaşdırılmış investisiyaları və inteqrasiya olunmuş rəqəmsalsistemlərin olmasını tələb edir.

Chosen
59
1
az.trend.az

2Sources