EN

Maltanın sabiq Baş naziri: Afrika daxili imkanlar baxımından böyük potensiala malikdir  

Bu paneldə Afrikanı müzakirə edirik. Biz bu qitədən kənarda olsaq da səhvlərimizi və uğurlarımızı paylaşa, vəziyyətdən ən münasib yolunu göstərə bilərik.

AZƏRTAC xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən “Afrika bu gün və sabah” mövzusunda panel iclasında Maltanın sabiq Baş naziri Cozef Muskat deyib.

O bildirib ki, Afrika üçün ən böyük imkanlar elə onun özündədir. Qitə daxili imkanlar baxımından böyük potensiala malikdir. Burada əsas məsələ kimisə razı salmaq və ya hansısa dövlətlərin gündəliyinə uyğun olmaq yox, mövcud imkanlardan istifadə etməkdir.

Chosen
43
3
azerbaijan-news.az

4Sources