EN

Hökumət ötən il iqtisadi və sosial sahədə dayanıqlıq təmin edib

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Milli Məclisin üzvü Azay Quliyev bildirib ki, 2025-ci ildə Azərbaycan hökuməti iqtisadi və sosial sahədə qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlib. Ölkənin maliyyə dayanıqlığı qorunmuş, vergi və gömrük daxilolmaları proqnozdan yüksək olmuşdur.

Gununsesi.info xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev bu gün keçirilən “Hökumətin 2025-ci il fəaliyyətinə dair Hesabatının müzakirəsi” zamanı bildirib.

O qeyd edib ki, Qeyri-neft sektorunda artım əldə edilərək iqtisadi diversifikasiya təşviq olunmuş, süni intellekt və informasiya texnologiyaları sahəsində Azərbaycan regional mərkəzə çevrilmək üzrə strateji addımlar atmışdır.

Deputat eyni zamanda deyib:

“Əhalinin sosial rifahının yüksəldilməsi, pensiya və sosial müavinətlərin artırılması, şəhid ailələri və müharibə əlillərinə qayğının gücləndirilməsi də hökumətin prioritetləri arasında olub”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
icma.az

1Sources