EN

İran BRICS in Yaxın Şərqdəki vəziyyətin sabitləşməsində konstruktiv rol oynayacağını gözləyir

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran ətrafında yaranmış vəziyyətdə BRİCS Yaxın Şərqdə və qlobal miqyasda sabitliyin təmin olunmasında konstruktiv rol oynaya bilər.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Əraqçi bu fikirləri Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla telefon danışığı zamanı səsləndirib.

İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada Araqçinin sözləri sitat gətirilib: “Əraqçi beynəlxalq və regional təşkilatların İrana qarşı hərbi təcavüzü pisləməsinin vacibliyini vurğuladı. BRICS-in çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün platforma kimi rolunun və statusunun əhəmiyyətini qeyd edən nazir bildirib ki, hazırda bu birliyin konstruktiv rolu regional və qlobal səviyyələrdə sabitliyin və təhlükəsizliyin qorunması üçün vacibdir”.

Qeyd edək ki, BRICS qrupu 2006-cı ildə yaradılıb. 2011-ci ildə Cənubi Afrika ilkin qrupa – Braziliya, Rusiya, Hindistan və Çinə qoşulub. 2024-cü il yanvarın 1-dən Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri və Efiopiya təşkilatın tamhüquqlu üzvünə çevrilib. İndoneziya isə 2025-ci il yanvarın 6-da BRICS-ə qoşulub.

2025-ci ilin əvvəlində Belarus, Boliviya, Qazaxıstan, Kuba, Malayziya, Tayland, Uqanda və Özbəkistan rəsmi olaraq tərəfdaş statusu alıb, Nigeriya isə yanvarın 17-də bu siyahıya qoşulub.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
1
redaktor.az

2Sources