EN

Səkkiz il təhsil almış bir həkimdən yenidən beş il rezidentura oxumaq tələb olunur Deputatdan ETİRAZ

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qonşu ölkələrdən gəlmiş və ölkəmizdə işləmək arzusunda olan yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır. Çünki ölkəmizin qanunvericiliyinə görə, həkim kimi fəaliyyət göstərmək üçün Səhiyyə Nazirliyi tərəfindən diplomların nostrifikasiyası, yəni təsdiqi tələb olunur və müvafiq imtahan verilməsi nəzərdə tutulur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Azər Badamov bildirdi.

O əlavə etdi ki, hazırda ölkədə işləyən, yaşı orta yaş həddindən yuxarı olan həkimlərin əksəriyyəti vaxtilə ordinatura təhsili alıb və bu gün çox yaxşı mütəxəssis kimi fəaliyyət göstərir:

"Bir tərəfdən ölkədə həkim çatışmazlığı mövcuddur, digər tərəfdən isə hazır gəlmiş peşəkar həkimlərin işlə təmin olunmasında çətinliklər yaranır. Təklif edirəm ki, bu məsələdə humanist yanaşma tətbiq edilsin və həmin həkimlərin peşə ixtisasına yiyələnmə səviyyəsi imtahan yolu ilə yoxlanılsın, bundan sonra diplomları tanınsın. Çünki ordinatura səviyyəsində təhsil aldıqlarına görə işləməyə icazə verilmədiyi halda, səkkiz il təhsil almış bir həkimdən yenidən beş il rezidentura oxumaq tələb olunur. Halbuki onların iki illik ordinatura təhsili var və rezidentura təhsili zamanı həmin iki ilin nəzərə alınması məqsədəuyğun olardı. Əks halda, bu həkimlərin yenidən təhsil alması əlavə illərin itirilməsi deməkdir".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
redaktor.az

2Sources