EN

Ağalar Vəliyev iftar mərasimi təşkil etdi - Şəhid, qazi ailələrinə, ağsaqqalara bayram sovqatları göndərdi (FOTOLAR) » AzadMedia.az

Ağalar

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev Novruz və Ramazan bayramları münasibətilə şəhid, qazi ailələrinə, ağsaqqalara bayram sovqatları göndərib və Xaçmaz rayonunda İftar mərasimi təşkil edib.

«Unikal» xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev Novruz və Ramazan bayramları münasibətilə seçicilərinə, ağsaqqallara, şəhid, qazi ailələrinə təbrik ünvanlayıb və onlara xoş arzularını çatdırıb.

Novruz bayramı xalqımızın qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur, öz tarixi keçmişimizə yüksək ehtiramımızı və milli dəyərlərimizə dərin bağlılığımızı nümayiş etdirir.

Müqəddəs Qurani-Kərimin nazil olduğu və on bir ayın sultanı sayılan mübarək Ramazan ayı Ulu Tanrının mərhəmət və lütfünün ən yüksək dərəcədə təzahür etdiyi saflıq, xeyirxahlıq və ruzi-bərəkət ayıdır.
Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə dualar oxunur, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsi dərin ehtiramla yad edilir və igid qazilərimizə şəfalar dilənir.

Xalqımız Novruz və Ramazan bayramlarını son 200 illik tariximizin ən parlaq səhifəsi və əbədi qürur mənbəyimiz olan Şanlı Zəfərimizin və Böyük Qayıdışımızın dogurduğu qalibiyyət ovqatı və fəxarət hissilə qeyd edir.

Deputatın ofisindən daxil olan məlumata əsasən Novruz və Ramazan bayramları münasibətilə millət vəkili tərəfindən 57 saylı Seçki Dairəsi üzrə Xaçmaz rayonundan 1025 şəhid, qazi, əlil və aztəminatlı ailəyə, Ucar, Yevlax, Goranboy, Tərtər və Bərdə rayonlarından isə 255 ağsaqqala təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatlarının çatdırılması təmin edilib.

Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə rayon rəhbərliyinin, geniş ictimaiyyətin nümayəndələrinin, ağsaqqalların, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının və oruc tutan sakinlərin iştirakı ilə Xaçmaz rayonunda 550 nəfərlik İftar mərasimi təşkil olunub.

Chosen
24
10
azadmedia.az

10Sources