EN

İrandan Azərbaycana daha 15 nəfər təxliyə olunub

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti təxliyə zamanı 3 Azərbaycan və 1 Böyük Britaniya vətəndaşı sərhəd buraxılış məntəqəsindən keçərək ölkə ərazisinə daxil olub.

Bundan əlavə, Çin Xalq Respublikasının 3, Rusiya Federasiyasının 1 və Hindistanın 7 vətəndaşı da “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunaraq təhlükəsiz şəkildə Azərbaycan ərazisinə keçib.

Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və digər prosedurlardan keçdikdən sonra ölkə ərazisinə buraxılıblar. Təxliyə prosesi aidiyyəti qurumların koordinasiyası ilə davam etdirilir.

Chosen
24
4
yeniazerbaycan.com

10Sources