EN

Qəfil manevr sürücünü sarı torda saxladı Boş yerə CƏRİMƏLƏNDİ VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paytaxtın Yasamal rayonu, “20 Yanvar” metrosunun yaxınlığında baş verən hadisə ilə bağlı görüntülər redaksiyamıza göndərilib.

Avtosfer.az-a müraciət edən sürücünün sözlərinə görə, hadisə martın 11-də saat 14:31 radələrində yolayrıcında tətbiq olunan sarı tor nişanlanması olan ərazidə baş verib. Belə ki, görüntünü qeydə alan sürücü qarşısında boş sahə olduğunu görərək hərəkətə davam edib ki, sarı torun içində qalmasın.

Lakin bu zaman 10-PO-105 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü sarı torun içində qalmamaq üçün qəfil sağa manevr edərək görüntünü qeydə alan sürücünün qarşısına keçib. Nəticədə sürücü məcbur qalaraq sarı tor nişanlanmasının içində dayanmalı olub.

Şikayətçi bildirir ki, qayda pozuntusuna səbəb digər avtomobilin sürücüsünün qəfil manevri olub və buna görə tətbiq edilən cərimənin əsassız olduğunu düşünür.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
avtosfer.az

1Sources